ŞİRKƏT HAQQINDA 

Ecohouse - Kanada texnologiyası ilə ev inşaatı

“EcoHouse” şirkəti Kanada texnologiyası ilə SİP panellərdən  ev inşaatını təklif edir. İngilis dilindən tərcümədə “Structural İnculated Panel” inşaat izolə paneli  deməkdir. Bu üsul inşaat sahəsində azmərtəbəli kotteclərin tikintisində əldə edilmiş son nailiyyətlərdəndir. Bu üsulla çox qısa zamanda istiqoruyuculuq, seysmik davamlılıq, yanğına davamlılıq, ekologiya və qənaət üzrə yüksək göstəricilərlə ev tikmək mümkündür.

24_Image_1335284508_Elba-100---KP-512_3.jpg


DAŞ EVLƏRDƏN FƏRQLİ OLARAQ, ECOHOUSE  EVLƏRİNİN 5 SƏRFƏLİ ÜSTÜNLÜKLƏRİ!

1.İNŞAATIN SÜRƏTLİLİYİ

Qəbul edilmiş qaydalara görə Ecohouse evi eynisahəli analoji daş evdən 20 dəfə sürətli tikilir.

Əgər 170-250 kv.m sahəli daş evin tikintisini siz ən azı bir il – il yarım gözləməli olacaqsınızsa, şirkətə müraciət edən gündən 2 ay sonra siz Ecohouse evinə  köçəcəksiniz! Və bütün bunları ustalarla əsəbiləşmədən, ildən-ilə bahalaşan tikinti materiallarına əlavə xərclər çəkmədən əldə edəcəksiniz.

Ecohouse evlərinin inşaat sürəti ilin mövsümündən tamamilə asılı deyil – qoruyucu qatlı inşaat panelləri ilin istənilən fəslində qurula bilər. Halbuki sement məhlulunun kövrəkliyinə və istilik olmadığından həftələrlə qurumasına görə daş evlərin tikintisi ilin soyuq aylarında dondurulur. 

фотография.JPG

2. İNŞAATDA PULA QƏNAƏT

Ecohouse evi daş evdən 30-40% ucuzdur.  Müqayisə edin: Ecohouse evinin inşaatı hər kv.m-i 299 manatdan başlayaraq başa gəlir; siz daş evin tikintisində yalnız usta xidmətlərinə daha artıq məbləğ ödəyirsiz, üstəlik  tikinti materialları və onlarla əlaqəli qayğılar da artır.

Ecohouse  evlərinin ideal hamar döşəmələri və  divarları  təmirə minimal xərc tələb edir: ilkin hazırlıq  olmadan emulsiya çəkmək, divar kağızı yapışdırmaq və ya laminat qoymaq mümkündür. Bunu daş hörgünün nahamarlığını və qüsurlarını aradan qaldırmaq üçün tələb olunan yüz kiloqramlarla şpaklyovka və suvaqla müqayisə edin, üstəlik son üzlük işlərinə də xərcləri nəzərə alın.

3. İSTİLİK SİSTEMİNDƏ QƏNAƏT 

фотография 1.PNG

Ecohouse evlərinin divarlarını qoruyan köpüklənmiş polistirolun istilik ötürmə müqavimət əmsalı kərpic divarın həmin göstəricisindən 20 dəfə aşağıdır. Bu o deməkdir ki, belə evin qızdırılması standart kərpic evin qızdırılmasına nisbətən 5-6 dəfə az xərc tələb edir.

Beləliklə, sizə bahalı qızdırıcı sistem, isti döşəmə sistemi və s. quraşdırmaq lazım gəlməyəcək, axı siz evi sadə məişət qızdırıcısi ilə asanlıqla qızdıra bilərsiz ki, bu da elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət edir.

Təcrübə göstərir ki, evlərin qızdırılması xərcləri daim artdığı zaman, Ecohouse binası 10 il ərzində isitmə xərclərinin qənaəti üzrə özünü tam ödəyir.

Həmçinin divarların ideal enerjiqoruyucu keyfiyyətinə görə ilin isti aylarında evdə azgüclü kondisionerlə asanlıqla əlverişli mikroiqlim yaratmaq mümkündür. Bundan əlavə, yayda Ecohouse evində hərarət evin xaricindəki hərarətə nicbətən həmişə bir neçə dərəcə aşağı olur.

4. MÖHKƏMLİLİK VƏ DAVAMLILIQ

Panellərin xüsusi konstruksiyası  və onların bir-biri ilə birləşdirilməsi metodu Ecohouse evlərinə görünməmiş – 9 bala qədər seysmik davamlılıq verir; bu fakt çoxsaylı eksperimentlərdə təsdiq olunmuşdur. Elastik panellər  daşdan fərqli olaraq, nəhəng ağırlığa dözür, çünki daş dartıla bilmir, bu səbəbdən də sınır və dağılır.

image0069f.jpg

Bundan əlavə, tikilən Ecohouse evlərinin panelləri yanğına davamlılığı ilə seçilir, xüsusi hopmaya əsasən  unikal özü-özünə sönmə xassəsini nümayiş etdirir. Beləliklə, sakinlər üçün yanğın  qorxulu olmur, əgər yanğın baş verərsə, onu söndürmək asandır və evə çox az ziyan dəyəcəkdir.

5. LAYİHƏNİN UNİKALLIĞI VƏ GÖZƏLLİYİ

Digər inkarolunmaz üstünlüklərə rəğmən Ecohouse evləri təkrarolunmaz eksteryerə malikdir ki, bu da evi inanılmaz dərəcədə müasir və yaraşıqlı edir. Evlərin unikal hazır  layihələri və memarlıq-planlaşdırma həllərinin azadlığı sifarişçinin ən zərif fərdi tələbini nəzərə alaraq, həqiqətən onun arzularının evini yaratmağa imkan verir. Ən müxtəlif  üzləmə materiallarının istifadəsi imkanlarının geniş diapazonuna görə  Sizin ev ətrafdakı  digər evlərdən fərqlənəcəkdir.

35_Image_1346673104_KP-502-2-.jpg

ELƏ İNDİ ZƏNG EDİN VƏ LAYİHƏNİ HƏDİYYƏ OLARAQ QAZANIN!

(012) 408-80-60 

Tam oxumaq


Ecohouse.az
Система IM Создание сайтов
на Системе «IM»
© ООО «Ecohouse», 2012
Bütün hüquqlar qorunur.
keçid xəritəsi
Baki, Azerbayjan, Tbilis pr-ti 90,
Telefon: +994 12 408-80-60